...

ARDNŞ-nin Qaz Emalı Zavodu maye qaz istehsalını artırıb

Energetika Materials 12 Mart 2012 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir V.Javoronkova/

2011-ci ildə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 4,07 milyard kubmetrə yaxın qaz emal edib. Trend-in məlumatına görə, bu barədə "Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında" hesabatda deyilir.

Hesabata görə, ötən il zavod tərəfindən 4,01 milyard kubmetr təmizlənmiş qaz istehsal edilib.

2010-cu ildə emal nəticəsində zavod 2009-cu ildəki 3,8 milyard kubmetrə qarşı 4,03 milyard kubmetr təmizlənmiş qaz əldə edib.

Habelə 2011-ci idə zavod 28,1 min ton maye qaz və 31,8 min ton qaz benzini əldə edib. Hesabatda deyilir ki, 2010-cu ildə bu göstəricilər müvafiq olaraq 25,4 və 28,1 min ton olub.

Zavodda ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin qazı müqavilə əsasında emal olunur. Emaldan sonra zavod məhsulu İB adından "Аzəriqaz"a, "Məişətmayeqaz" MMC-yə (maye qaz) və ixraca (qaz benzini) verir.

Xəbər lenti

Xəbər lenti