...

Dövlət Neft Fondu səhm portfelinin xarici idarəçilərini cəlb edir

Energetika Materials 12 Mart 2012 19:03 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) səhm portfelinin passiv idarə edilməsi üçün menecerləri cəlb edir.
Dövlət Neft Fondu səhm portfelinin xarici idarəçilərini cəlb edir

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) səhm portfelinin passiv idarə edilməsi üçün menecerləri cəlb edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNF-nin rəsmi saytında yerləşdirilən məlumatında deyilir.

Təklif olunan səhm portfeli üçün bençmark "MSCI World" indeksidir.

İnvestisiya menecerləri (şirkətlər) aşağıdakı tələblərə cavab verməlidir:

- 31 dekabr 2011-ci il tarixinə şirkətin səhm indeksi məhsullarının idarə edilməsi üzrə ardıcıl ən azı beş illik təcrübəsi olmalı;
- 31 dekabr 2011-ci il tarixinə şirkətin idarəetməsində passiv səhm indeksinə indeksasiya olunmuş 50 milyard ABŞ dollarından az olmayan həcmdə vəsaitləri olmalı;
- Təklif göndərən şirkət 1940-cı il "İnvestisiya Məsləhətçiləri Aktı" və ya fəaliyyət göstərdiyi digər ölkənin qanunları çərçivəsində qeydiyyatdan keçməli;
- 31 dekabr 2011-ci il tarixinə qədər ən azı beş ili əhatə edən dövr üçün təklif olunan səhm indeksi üzrə vəsaitlərin idarə edilməsində iş təcrübəsi olmalıdır. Son beş ildə gəlirlilik üzrə izləmə xətası (tracking error) "MSCI World" indeksi ilə müqayisədə illik əsasda 0,3 faizdən çox olmamalıdır.

Təkliflər 2012-ci il martın 15-də yerli vaxtla 18:00-dən gec olmayaraq ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Neftçilər prospekti 24, ünvanına təqdim edilməlidir.

Əlaqələndirici şəxs: Arif Zeynalov, Risk təhlilçisi

Əlaqə nömrəsi: +994 12 498 77 53 (ext. 120)

E-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti