...

Çeçenistan Azərbaycana neft hasilatında əməkdaşlıq təklif edir

Energetika Materials 4 Aprel 2012 16:01 (UTC +04:00)
RF-nin Çeçenistan Respublikası neft hasilatı sahəsində Azərbaycan ilə əməkdaşlığa hazırdır.
Çeçenistan Azərbaycana neft hasilatında əməkdaşlıq təklif edir

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.İsmayılov/

RF-nin Çeçenistan Respublikası neft hasilatı sahəsində Azərbaycan ilə əməkdaşlığa hazırdır. Trend-in məlumatına görə, bu barədə Çeçenistan Baş nazirinin müavini, maliyyə naziri Əli İsayev çərşənbə günü Bakıda jurnalistlərə bildirib.

"Bu gün Çeçenistanda neft hasilatı üzrə lisenziyaya "Rosneft" neft şirkəti malikdir. Lisenziya 2002-ci ildə 20 il müddətinə verilib. Eyni zamanda, bu sahə bizdə öyrənilməkdə davam edir. Çeçenistanda geoloji kəşfiyyat işlərinin aparılması lazım gələn bir neçə neft yatağı var. Bu istiqamətdə Azərbaycanla əməkdaşlıq mümkündür", - İsayev deyib.

Onun sözlərinə görə, Çeçenistan nümayəndə heyəti nəqliyyat, energetika, inşaat, kənd təsərrüfatı və digər bu kimi sektorlar üzrə investisiya layihələri ilə Azzərbaycana gəlib.

"Çeçenistan Respublikasının bazarı hələ mənimsənilməyib, lakin böyük potensiala malikdir. Son vaxtlar Çeçenistan iqtisadi artımın bütün göstəriciləri üzrə Rusiya Federasiyasının digər subyektlərini qabaqlayır. Bu, Çeçenistanı investisiyalar üçün cəlbedici edir və biz bu sahədə Azərbaycanla əməkdaşlığa ümid edirik", - İsayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti