...

Azərbaycanda qaz mədən avadanlığı üzrə zavod qeydiyyata alınıb

Energetika Materials 7 Aprel 2012 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda "Bakı Neft Qaz Mədən Avadanlığı Zavodu" QSC dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Vergilər Nazirliyi saytının "bir pəncərə" bölməsində yerləşdirilən məlumatda deyilir.

Yeni müəssisənin qanuni təmsilçisi qismində İslam Feyziyev, təsisçisi qismində isə Vəfa Nəbiyeva çıxış edir.

Zavodun nizamnamə kapitalı 2000 manatdır. Müəssisə bu il martın 30-da dövlət qeydiyyatından keçib.

Xəbər lenti

Xəbər lenti