...

ARDNŞ PSA tipli yeni layihə imzalamağı planlaşdırır

Energetika Materials 10 Aprel 2012 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir E.İsmayılov /

2012-ci ilin sonunadək ARDNŞ "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin iştirakçıları ilə həmin blokdakı dərin qaz laylarının işlənməsinə dair müqavilə bağlamağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev məlumat verib.

"İşlər tamamlanma mərhələsindədir, sonuncu detallar dəqiqləşdirilir və çox güman ki, ilin sonunadək məsələ həll olunacaq", - Abdullayev deyib.

Onun sözlərinə görə, PSA tipli yeni, təkmilləşdirilmiş müqavilənin iştirakçıları AÇG layihəsinin bütün iştirakçıları olacaq. Layihədəki operatorluq məsələsinə toxunan Abdullayev deyib ki, o, eynilə AÇG layihəsindəki kimi olacaq.

Xəbər lenti

Xəbər lenti