...

Türkiyədə yeni NEZ-in tikintisi 4,5 milyard dollara başa gələcək - ARDNŞ

Energetika Materials 10 Aprel 2012 12:34 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədəki yeni neft emalı zavodu layihəsinin maliyyələşdirilməsi altı milyard dollar həcmində qiymətləndirilir.
Türkiyədə yeni NEZ-in tikintisi 4,5 milyard dollara başa gələcək - ARDNŞ

Azərbaycan, Bakı, 10 aprel / Trend, müxbir E.İsmayılov /

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədəki yeni neft emalı zavodu layihəsinin maliyyələşdirilməsi altı milyard dollar həcmində qiymətləndirilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev məlumat verib.

"NEZ-in tikintisi layihəsinin dəyəri 4,5 milyard dollar təşkil edir. Yeni müəssisənin tikintisi çərçivəsində cəlb ediləcək vəsaitlərin ümumi həcmindən 2,4 milyard dollar NEZ-in tikintisi üçün avadanlıqların alınacağı ölkələrin ixrac banklarının vəsaitlərinin payına düşəcək", - Abdullayev deyib.

Onun sözlərinə görə, kommersiya kreditləşməsinin həcmi bir milyard dollara yaxın təşkil edəcək, 1,5 milyard dolların isə müəssisənin səhmdarlarının vəsaitləri hesabına təmin olunması planlaşdırılır.

"Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin maliyyələşdirilməsi prosesinin də təxminən elə bu sistemlə təmin olunması planlaşdırılır", - Abdullayev deyib.

Onun sözlərinə görə, bu layihənin səhmdarların, ARDNF-nin və ixrac banklarının vəsaitlərinin cəlb olunması hesabına həyata keçirilməsıi planlaşdırılır.

"Bu layihə Azərbaycanda reallaşdırılan iri layihələrdən biridir və ölkənin iqtisadi inkişafına öz töhfəsini verəcək", - Abdullayev deyib.

Layihənin texniki-iqtisadi əsaslandırılmasına görə, ona yatırılan ümumi investisiyalar təxminən 15 milyard dollar təşkil edir. Xərcin çıxarılması müddəti 7 ildir.

Xəbər lenti

Xəbər lenti