...

"Petkim"in özəlləşdirilməsi Azərbaycanla Türkiyənin əməkdaşlığında strateji məsələ olub - "SOCAR Turkey Energy"

Energetika Materials 10 Aprel 2012 13:43 (UTC +04:00)
Azərbaycan və Türkiyə aralarında "Bakı-Tbilisi-Qars", "Şahdəniz" qaz kondensat yatağının işlənməsi, TANAP (Trans Anadolu qaz kəməri) kimi çoxlu irimiqyaslı layihələr olan strateji tərəfdaşlardır.
"Petkim"in özəlləşdirilməsi Azərbaycanla Türkiyənin əməkdaşlığında strateji məsələ olub - "SOCAR Turkey Energy"

Azərbaycan, Bakı, 10 aprel / Trend, müxbir A.Bədəlova /

Azərbaycan və Türkiyə aralarında "Bakı-Tbilisi-Qars", "Şahdəniz" qaz kondensat yatağının işlənməsi, TANAP (Trans Anadolu qaz kəməri) kimi çoxlu irimiqyaslı layihələr olan strateji tərəfdaşlardır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "SOCAR Turkey Energy" şirkətinin icraçı direktoru Kənan Yavuz Bakıda keçirilən Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin tikintisinə həsr olunmuş forumda deyib.

"Petkim"in özəlləşdirilməsi iki ölkənin əməkdaşlığında strateji məsələdir. Türkiyənin "Petkim" neft-kimya kompleksinin özəlləşdirilməsi vasitəsilə Azərbaycan Türkiyənin fəal xarici investoru olacaq", - Yavuz deyib.

"Şahdəniz" layihəsinin işlənməsinin ikinci mərhələsi üzrə layihə haqqında danışarkən Yavuz deyib ki, bu layihə Azərbaycan və Türkiyənin mövqelərini daha da gücləndirəcək.

O, habelə Türkiyədə beş milyard dollar dəyəri olan NEZ-in (Star Refinery) tikintisi layihəsinin əhəmiyyətini də qeyd edib. Onun sözlərinə görə, bu layihənin reallaşdırılması həm Türkiyə, həm də bütün region üçün böyük əhəmiyyət kəsb edir və əlavə gəlirlər gətirəcək.

Xəbər lenti

Xəbər lenti