...

ARDNŞ I rübdə 9 rayonun 18 kəndini təbii qazla təchiz edib

Energetika Materials 13 Aprel 2012 17:55 (UTC +04:00)
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi cari ilin birinci rübü ərzində ölkənin 9 rayonunun 18 kəndini təbii qazla təchiz edib.
ARDNŞ I rübdə 9 rayonun 18 kəndini təbii qazla təchiz edib

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi cari ilin birinci rübü ərzində ölkənin 9 rayonunun 18 kəndini təbii qazla təchiz edib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Ağdamın Aşağı, Orta və Ayaq Qərvənd, Şamaxının Adnalı, Məlikçobanlı və Kələxana, Masallının Musaküçə, Mololon və Gəyəçöl, Salyanın Yolüstü və Arbatan, Füzulinin Qazaxlar və Mirzənağılar, Ağcabədinin Minəxorlu və Kürdlər, Lənkəranın Gərmətük, Beyləqanın 2-ci Aşıqlı və Göranboyun Tatarlı kəndlərində ümumilikdə 4000-ə yaxın abonent təbii qazla təmin olunub, hər bir mənzildə qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.

Aprelin 1-nə olan məlumata əsasən, 1 395 999 abonent, o cümlədən əhali qrupuna aid 1378815, digər istehlakçı qruplara aid 17184 abonent təbii qazla təmin edilərək ölkə üzrə abonentlərin sayğaclaşdırılması təxminən 100 faizə çatdırılıb. Ümumiyyətlə, ötən müddət ərzində respublikanın 984 kənd və qəsəbəsi qazlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti