Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbirlər A.Tağıyeva, E.İsmayılov /
Türkiyənin Maliyyə Nazirliyi Azərbaycanın "Şahdəniz" yatağından Türkiyəyə qaz nəqlinə yönəlmiş TANAP layihəsi üçün vergi rejiminin sadələşdirilməsindən imtina edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Zaman" qəzeti ölkənin Energetika və Təbii Ehtiyatlar Nazirliyinə istinadən xəbər verib.
Eyni zamanda bu, ƏDV-yə, gəlir vergisinə, aksiz vergisinə, mənfəət vergisinə və gerb rüsumuna aiddir.
TANAP layihəsinin vergi yükünün sadələşdirilməsi ilə bağlı müraciətinə cavab olaraq Türkiyənin Maliyyə Nazirliyi layihəni reallaşdıracaq şirkətin investisiyalarının bütün həcminin qoyuluşu prosesinin başa çatmasından sonra öz üzərinə ƏDV-nin ödənilməsi öhdəliyini götürüb.
MN habelə Bakı-Ceyhan-Tbilisi neft kəməri ilə nəql olunan neftin hər barelinə görə mənfəət vergisinin dərəcəsinin artırılması şərtini də irəli sürüb.
MN-nin vergi rejiminin sadələşdirilməsindən imtina etməsinə baxmayaraq, bu prosesdə son söz ölkənin Energetika və Təbii Ehtiyatlar Nazirliyinindir.