...

Azərbaycanın bəzi rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq

Energetika Materials 14 May 2012 13:40 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq 14-16 may 2012-ci il tarixdə Qazıməmməd-Qazax qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Azərbaycanın bəzi rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq

Azərbaycan, Bakı, 14 may / Trend, müxbir E.İsmayılov /

Təmir işləri ilə əlaqədar olaraq 14-16 may 2012-ci il tarixdə Qazıməmməd-Qazax qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyindən xəbər verilib.

Həmin dövrdə İsmayıllı rayonunun bütün kənd və qəsəbələri, Ağsu rayonunun Padar və Göyçay rayonunun Qaraməryəm kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

"Bu qaz kəməri ilə qaz verilişinin dayandırılması Gürcüstana qaz nəqlinə heç bir təsir göstərməyəcək", - İB-dən deyiblər.

Xəbər lenti

Xəbər lenti