...

Azərbaycan qazının Türkiyəyə tədarükü yaxın günlərdə bərpa ediləcək

Energetika Materials 4 İyun 2012 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir A.Tağıyeva/

Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) üzrə həyata keçirilən Azərbaycan qazının Türkiyəyə tədarükü iyunun 7-dək bərpa ediləcək. Bu barədə bazar ertəsi Trend-ə BOTAŞ şirkətindən bildiriblər.

"Qaz kəmərinin partlayış baş verən hissəsi əvəz edilib. Əgər heç bir problem yaranmasa, qaz tədarükünun iyunun 7-dək bərpa olunacağı gözlənilir", - BOTAŞ-dan deyiblər.

Xatırladaq ki, mayın 29-da Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars şəhərindən keçən hissəsində partlayış baş vermişdi.

Xəbər lenti

Xəbər lenti