Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.İsmayılov/
Yanvar-iyun aylarında "Azərenerji" ASC 11,1 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. Ötən ilin analoji dövründə bu göstərici 10 milyard kilovat-saatdan çox təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ASC-nin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, yanvar-iyun aylarında istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 9,9 milyarda yaxını istilik elektrik stansiyalarının, 1,2 milyard kilovat-saatdan çoxu isə su elektrik stansiyalarının payına düşüb.
"Azərenerji" iyunda 1,6 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edib. Ötən ilin iyununda bu rəqəm təqribən 1,3 milyard kilovat-saat olub.
İyun ayı ərzində, həmçinin Rusiya, Türkiyə, İran və Gürcüstanla elekrik enerjisinin planlı mübadiləsi davam etdirilib.