Azərbaycan, Bakı, 26 iyul /Trend/
"Günəşli" yatağındakı 13-cü özüldən 308 nömrəli quyuda qazma işlərinə başlanılıb. Layihə dərinliyi 3000 metr olan quyu ARDNŞ-nin ''SOCAR AQŞ'' Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılır.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, geoloqların hesablamalarına görə, quyudan sutkada 100 ton neft hasil ediləcək.
Quyuda istismar işləri ''28 May'' adına NQÇİ tərəfindən həyata keçiriləcək.