...

Azərbaycan elektrik enerjisi istehsalını təqribən 10 faiz artırıb

Energetika Materials 6 Avqust 2012 12:46 (UTC +04:00)
Yanvar-iyul aylarında "Azərenerji" ASC təqribən 12,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.
Azərbaycan elektrik enerjisi istehsalını təqribən 10 faiz artırıb

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir E.İsmayılov/

Yanvar-iyul aylarında "Azərenerji" ASC təqribən 12,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Ötən ilin analoji dövründə bu göstərici 11,7 milyard kilovat-saata yaxın təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ASC-nin yaydığı məlumatda deyilir.

İstehsal edilən elektrik enerjisinin ümumi həcmindən 11,4 milyarda yaxını istilik elektrik stansiyalarının, qalan təqribən 1,4 milyard kilovat-saat isə su elektrik stansiyalarının payına düşüb.

Məlumata əsasən, "Azərenerji" iyulda təqribən 1,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.

Bu dövr ərzində Rusiya, Türkiyə və İran ilə elekrik enerjisinin planlı mübadiləsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti