...

Azərbaycan neftinin qiymətləri: 20-24 avqust həftəsinin yekunları

Energetika Materials 25 Avqust 2012 15:25 (UTC +04:00)
20-24 avqust həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 117,68 dollar/barel təşkil edib ki, bu da ötən həftədəki qiymətdən 1,18 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiymətləri: 20-24 avqust həftəsinin yekunları

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir E.İsmayılov /
20-24 avqust həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 117,68 dollar/barel təşkil edib ki, bu da ötən həftədəki qiymətdən 1,18 dollar/barel çoxdur.
Trend-in məlumatına görə, 20-24 avqust həftəsində AZERI LT-nin qiyməti maksimum 118,87 dollar/barel, minimum isə 116,79 dollar/barel təşkil edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
20-24 avqust həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 114,63 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,41 dollar/barel çoxdur.
20-24 avqust həftəsində URALS-ın qiyməti maksimum 115,63, minimum isə 114,08 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
20-24 avqust həftəsində "Brent Dated" növünün orta qiyməti 116,11 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,28 dollar/barel çoxdur.
"Brent Dated"in maksimum qiyməti 117,53, minimum isə 115,12 dollar/barel təşkil edib.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti