...

"Neftqaztikinti" yeni qaynaq texnologiyasının tətbiqinə başlayıb

Energetika Materials 29 Avqust 2012 13:57 (UTC +04:00)
"Neftqaztikinti" Tresti ilk dəfə olaraq "Daşgil-Kənizdağ arası 500 mm-lik yüksək təzyiqli qaz xəttinin tikintisi" obyektində yarımavtomat və avtomat qaynaq texnologiyasının tətbiqinə başlayıb.
"Neftqaztikinti" yeni qaynaq texnologiyasının tətbiqinə başlayıb

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Neftqaztikinti" Tresti ilk dəfə olaraq "Daşgil-Kənizdağ arası 500 mm-lik yüksək təzyiqli qaz xəttinin tikintisi" obyektində yarımavtomat və avtomat qaynaq texnologiyasının tətbiqinə başlayıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yeni qaz kəmərinin uzunluğu 16 kilometr olacaq.

Gələcəkdə bu metodun digər obyektlərin tikintisində genişmiqyaslı tətbiqi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti