Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.İsmayılov/
Bakının elektrik enerjisi ilə təchizatında böyük rol oynayan "Şimal" elektrik stansiyası yanvar-avqust aylarında təqribən 1,48 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərenerji" SC-nin yaydığı məlumatda deyilir.
Məlumata görə, elektrik stansiyası avqustda təqribən 168,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
Stansiyada payız-qış mövsümünə hazırlıq çəçivəsində artıq işlər başa çatıb.
"Su kanalının donmasının qarşısını almaq məqsədi daşıyan müvafiq layihə hazırlanma prosesindədir", - məlumatda qeyd edilir.