Azərbaycan, Bakı, 1 oktyabr /Trend/
Oktyabrın 1-dən Gürcüstandan Ermənistana qazın verilməsi müvəqqəti dayandırılıb. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" yazır.
"ArmRosqazprom" QSC-nin mətbuat xidmətindən verilən xəbərə görə, qazın verilməsi 1 oktyabr saat 6:20-dən üç gün müddətinə dayandırılıb. Gürcüstanın Qaz Nəqliyyat şirkəti "ArmRosqazprom" QSC-ni rəsmən xəbərdar edib.
Gürcüstan şirkəti "Şimali Qafqaz-Cənubi Qafqaz" magistral qaz kəmərində təmir işlərinin aparılmasını planlaşdırır. Respublikada istehlakçıların qazla təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.