...

Azərbaycan qazının Türkiyəyə ixracının dayandırılması "Şahdəniz"də hasilata təsir etməyib

Energetika Materials 9 Oktyabr 2012 17:32 (UTC +04:00)
Cənubi Qafqaz qaz kəmərinin Türkiyə hissəsində baş verən partlayışla əlaqədar Azərbaycan qazının bu ölkəyə ixracının dayandırılması "Şahdəniz" yatağında qaz hasilatının həcminə təsir etməyib.
Azərbaycan qazının Türkiyəyə ixracının dayandırılması "Şahdəniz"də hasilata təsir etməyib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.İsmayılov/

Cənubi Qafqaz qaz kəmərinin Türkiyə hissəsində baş verən partlayışla əlaqədar Azərbaycan qazının bu ölkəyə ixracının dayandırılması "Şahdəniz" yatağında qaz hasilatının həcminə təsir etməyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Abdullayev deyib ki, "Şahdəniz"də hasil edilən və Türkiyəyə tədarük edilməyən qaz həcmi Azərbaycanın yeraltı qaz anbarlarına vurulur.

Hazırda ARDNŞ-nin adıçəkilən yataqdan əldə etdiyi qaz həcmi sutkada 21-22 milyon kubmetr təşkil edir.

Şirkət prezidentinin sözlərinə görə, hazırda Azərbaycanın yeraltı qaz anbarlarındakı qaz həcmi 3 milyard kubmetri ötür.

"İlin yekunlarına əsasən, qaz həcmləri ötən ilin göstəricilərini üstələyəcək", - Abdullayev qeyd edib.

Türkiyədən keçən qaz kəmərinin təhlükəsizliyi məsələsinə toxunan Abdullayev vurğulayıb ki, öhdəliklərə uyğun olaraq həmin sahədə təhlükəsizliyi Türkiyə tərəfi təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti