...

BP Azərbaycanda quyular üzrə işləri gücləndirir

Energetika Materials 18 Oktyabr 2012 19:07 (UTC +04:00)
BP-nin Azərbaycandakı quyular üzrə mühəndislər qrupuna 10 yeni mütəxəssis cəlb ediləcək. Bu barədə cümə axşamı şirkətdən Trend-ə bildiriblər.
BP Azərbaycanda quyular üzrə işləri gücləndirir

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

BP-nin Azərbaycandakı quyular üzrə mühəndislər qrupuna 10 yeni mütəxəssis cəlb ediləcək. Bu barədə cümə axşamı şirkətdən Trend-ə bildiriblər.

Onlar bunadək şirkətin Alyaska, Şimali Amerika, Şimal dənizi, Anqola və Misirdəki layihələrində işləyiblər.

Trend-in daha əvvəl verdiyi məlumata görə, sentyabrın 15-dən şirkətdə quyular üzrə yeni vitse-prezident Cim Kaui işə başlayıb. O bu vəzifədə Qari Kristmanı əvəz edib.

Kauinin təcrübəsi yüksək təzyiqli və yüksək temperaturlu mürəkkəb layihələri, həm qazma qurğuları vasitəsilə, həm də platformadan qazılan quyuları əhatə edir. O, "BP Azerbaijan"da quyular üzrə 300-dən çox mütəxəssisdən ibarət qrupa rəhbərlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti