...

Azərbaycanın enerji operatoru qış mövsümünə hazırlaşır

Energetika Materials 20 Oktyabr 2012 12:25 (UTC +04:00)
"Azərenerji" ASC payız-qış mövsümünə hazırlıq çərçivəsində elektrik stansiyalarının planlı təmiri cədvəlinə dəyişiklik edib.
Azərbaycanın enerji operatoru qış mövsümünə hazırlaşır

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC payız-qış mövsümünə hazırlıq çərçivəsində elektrik stansiyalarının planlı təmiri cədvəlinə dəyişiklik edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

Onun sözlərinə görə, əvvəllər qış mövsümündə sistemin yüklənməsi yüksək, yayda isə aşağı idi ki, bu da bütün elektrik stansiyalarında təmir işlərinin aparılması üçün tam imkan yaradırdı. Bu il Azərbaycanda artıq başqa ölkələrdə baş verən proses müşahidə olunur. Yay dövründə də ölkənin enerji sistemində qışdakı kimi yüklənmə yüksək olur ki, bu da əvvəlki illərdən fəfrqli olaraq elektrik enerjisindən istifadənin səviyyəsinin əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır.

"Bu yay sistemin yüklənməsi yüksək olub və biz müəyyən planlarda dəyişiklik etmişik, eləcə də bəzi stansiyalarda təmir işləri bir qədər əvvələ, bəzilərində isə geriyə (sentyabr-oktyabr) çəkilib", - Pirverdiyev qeyd edib.

Pirverdiyevin sözlərinə görə, lakin ümumilikdə qışa hazırlıq çərçivəsində bütün işlər planlı qaydada aparılır.

"Qış dövründə ASC istehlakçıları fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək", - "Azərenerji" rəhbəri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti