...

"Bakı Neft Mədən Avadanlıqları" ASC mənfəətini artırıb

Energetika Materials 30 Oktyabr 2012 14:49 (UTC +04:00)
2011-ci ildəki fəaliyyətin nəticələri üzrə "Bakı Neft Mədən Avadanlıqları" ASC-nin aktivləri 1,536 milyon manat təşkil edib.
"Bakı Neft Mədən Avadanlıqları" ASC mənfəətini artırıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir C.Nəsibova/

2011-ci ildəki fəaliyyətin nəticələri üzrə "Bakı Neft Mədən Avadanlıqları" ASC-nin aktivləri 1,536 milyon manat təşkil edib. Ötən ilin başlanğıcında bu rəqəm 1,543 milyon manat olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin rəsmi mətbuatda dərc edilən balans hesabatında deyilir.

2011-ci ilin sonuna şirkətin uzunmüddətli aktivləri il ərzində 7,9 faiz azalaraq 867,03 min manat, qısamüddətli aktivləri isə illik 10 faiz artmaqla 669,195 min manat təşkil edib.

2011-ci ilin yekunları üzrə şirkətin ödənilmiş nizamnamə kapitalı 2010-cu ilə nisbətdə dəyişməz qalaraq 765,9 min manat səviyyəsində olub.

Ötən ilin sonuna şirkətin məcmu kapitalı 2010-cu illə müqayisədə 5,6 faiz azalaraq 1,332 milyon manat təşkil edib.

Şirkətin məcmu öhdəliyi 35 faiz artaraq 204 190 manat, ümumilikdə kapital və öhdəlikləri 1,54 milyon manat (0,4 faiz azalmaqla) təşkil edib.

Şirkət 2011-ci ili 41,011 min manat xalis gəlirlə başa vurub. Şirkətin xalis gəliri 2010-cu illə müqayisədə 4,2 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti