...

"Şahdəniz" üzrə tərəfdaşlar TANAP-da iştirak üzrə ilkin təkliflərini təqdim ediblər

Energetika Materials 7 Noyabr 2012 13:59 (UTC +04:00)
Azərbaycanın "Şahdəniz" qaz kondensat yatağının işlənmə layihəsi üzrə tərəfdaşları Trans Anadolu qaz kəməri (TANAP) layihəsində iştirak payının əldə olunması ilə bağlı öz ilkin niyyətlərini təqdim ediblər.
"Şahdəniz" üzrə tərəfdaşlar TANAP-da iştirak üzrə ilkin təkliflərini təqdim ediblər

Azərbaycan, Bakı, 7 noyabr / Trend, müxbir E.İsmayılov/

Azərbaycanın "Şahdəniz" qaz kondensat yatağının işlənmə layihəsi üzrə tərəfdaşları Trans Anadolu qaz kəməri (TANAP) layihəsində iştirak payının əldə olunması ilə bağlı öz ilkin niyyətlərini təqdim ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ilkin rəqəmlər hələlik rəsmi deyil, lakin onlara uyğun olaraq tərəfdaşlar TANAP layihəsində iştirakın 29 faizini aşağıdakı kimi paylaşmaq niyyətindədirlər: Statoil və BP - hər biri 12 faiz, Total - beş faiz.

Hazırda Türkiyənin BOTAŞ şirkəti TANAP layihəsində 20, ARDNŞ isə 80 faizlik paya malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti