...

Türkmənistan İrana qaz ixracını dayandırdı

Energetika Materials 14 Noyabr 2012 15:42 (UTC +04:00)
Türkmənistan İrana qaz ixracını dayandırıb. Trend-in çərşənbə günü "Mehr News" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın neft naziri Rüstəm Qasımi deyib.
Türkmənistan İrana qaz ixracını dayandırdı

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, Q.Mehdi/

Türkmənistan İrana qaz ixracını dayandırıb. Trend-in çərşənbə günü "Mehr News" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın neft naziri Rüstəm Qasımi deyib.

Qasımi qeyd edib ki, iki ölkə qazın satın alınmasının şərtləri barədə razılığa gəlməyiblər.

Onun sözlərinə görə, saziş bağlanacağı təqdirdə, təbii qazın ixracı bərpa edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti