...

"Şəmkir SES Silsiləsi" 800 milyon kVt/s-dan çox elektrik enerjisi istehsal edib

Energetika Materials 22 Noyabr 2012 18:18 (UTC +04:00)
"Şəmkir SES Silsiləsi" yanvar-oktyabr aylarında 808,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
"Şəmkir SES Silsiləsi" 800 milyon kVt/s-dan çox elektrik enerjisi istehsal edib

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.İsmayılov/

"Şəmkir SES Silsiləsi" yanvar-oktyabr aylarında 808,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə Trend-ə "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Silsiləyə "Şəmkir" və "Yenikənd" SES-ləri daxildir.

Məlumata görə, silsilənin istehsal etdiyi elektrik enerjisinin ümumi həcmindən "Şəmkir" SES-in payına 563,7 milyon kilovat-saat, "Yenikənd" SES-in payına isə 244,7 milyon kilovat-saat elektrik enerjisi düşüb.

Oktyabrda "Şəmkir" SES-də 28,9 milyon kilovat-saat, "Yenikənd" SES-də isə 10,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti