...

İtaliya TAP-ın həyata keçirilməsinə maraq göstərir - səfir

Energetika Materials 6 Dekabr 2012 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir A.Axundov/

İtaliya TAP qaz kəməri (Transadriatik boru kəməri) layihəsinin həyata keçirilməsinə maraq göstərir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi deyib.

"Biz TAP-ın həyata keçirilməsinə maraq göstəririk, çünki bu, Azərbaycan qazını İtaliyaya birbaşa tədarük etməyə imkan verən yeganə layihədir", - Baldi qeyd edib.

Səfirin sözlərinə görə, bununla yanaşı, İtaliya Xəzər regionundan təbii resursların Avropaya nəqli üçün yol açacaq "Cənubi qaz dəhlizi"nin yaradılmasını dəstəkləyir.

"Biz TAP-ın tikintisinin 2017-2018-ci illərdə başa çatacağını gözləyirik", - Baldi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti