...

2013-cü ildə ARDNŞ və "Statoil" əməkdaşlığını daha da genişləndirəcək

Energetika Materials 15 Yanvar 2013 10:47 (UTC +04:00)
Bu il ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Norveçin "Statoil" şirkəti arasında bir çox layihələr üzrə əməkdaşlığın genişləndirilməsi nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malikdir.
2013-cü ildə ARDNŞ və "Statoil" əməkdaşlığını daha da genişləndirəcək

Azərbaycan, Bakı, 15 yanvar / Trend, müxbir E.İsmayılov /

Bu il ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Norveçin "Statoil" şirkəti arasında bir çox layihələr üzrə əməkdaşlığın genişləndirilməsi nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malikdir. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev Norveç şirkətinin vitse-prezidenti Kristian Bakerlə görüşü zamanı bildirib.

ARDNŞ-nin yaydığı məlumatda deyildiyi kimi, görüş zamanı Abdullayev qonağı Azərbaycanın "Şahdəniz" dəniz qaz kondensat yatağının inkişafının birinci və ikinci mərhələsi çərçivəsində vəziyyəti barədə məlumatlandırıb.

Abdullayev habelə qeyd edib ki, hazırda "Cənub qaz dəhlizi" çərçivəsində təqdim olunan layihələrə baxılması davam edir.

Görüşün gedişində Baker 2013-cü ildə təkcə "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları bloku və "Şahdəniz" qaz kondensat yarağının inkişafının reallaşdırılması çərçivəsində deyil, habelə ARDNŞ-in həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda reallaşdırdığı layihələr üzrə uğurla qazanacağına əminliyini ifadə edib.

Xatırladaq ki, "Statoil" Azərbaycanda AÇG və "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəməri kimi iri enerji layihələrinin iştirakçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti