...

Xaçmaz rayonunun daha 2 kəndinə təbii qaz verilib

Energetika Materials 5 Fevral 2013 15:24 (UTC +04:00)
Bu gün Xaçmaz rayonunun Çuxuroba və Maşıoba kəndlərinə təbii qazın verilişinin bərpa olunması münasibətilə tədbir keçirilib.
Xaçmaz rayonunun daha 2 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Bu gün Xaçmaz rayonunun Çuxuroba və Maşıoba kəndlərinə təbii qazın verilişinin bərpa olunması münasibətilə tədbir keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Azəriqaz" İB-nin və Xaçmaz rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 22 abonenti olan Çuxuroba və 30 abonenti olan Maşıoba kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 3500 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, ümumilikdə 52 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti