...

Azərbaycanda qaz istehlakı azalıb

Energetika Materials 7 Fevral 2013 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.İsmayılov/

Fevralın 7-nə olan məlumata görə, Azərbaycan istehlakçılarına verilən qazın sutkalıq həcmi 20,3 milyon kubmetr təşkil edir. Yanvarın 21-də bu göstərici 22,5 milyon kubmetr olub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

Məlumata əsasən, əlverişli hava şəraiti ilə əlaqədar ölkədə qaz istehlakı bir qədər azalıb. Eləcə də Bakıda bu göstərici gün ərzində 12,1 milyon kubmetr təşkil edir.

"Digər regionlar üzrə verilən qazın sutkalıq həcmi 8,2 milyon kubmetr səviyyəsindədir", - İB-dən bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti