...

ARDNŞ "SOCAR Ukraine"da nəzarət paketini almaq hüququ əldə edib

Energetika Materials 8 Fevral 2013 18:13 (UTC +04:00)
Ukraynanın Antiinhisar Komitəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) "SOCAR Energy Ukraine" MMC-nin nizamnamə kapitalında payını artırmaq hüququnu verib ki, bu da ARDNŞ-yə MMC-nin ali idarəetmə orqanında 50 faizdən çox səs qazanmağa imkan verəcək.
ARDNŞ "SOCAR Ukraine"da nəzarət paketini almaq hüququ əldə edib

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.İsmayılov/

Ukraynanın Antiinhisar Komitəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) "SOCAR Energy Ukraine" MMC-nin nizamnamə kapitalında payını artırmaq hüququ verib ki, bu da ARDNŞ-yə MMC-nin ali idarəetmə orqanında 50 faizdən çox səs qazanmağa imkan verəcək.

Trend-in məlumatına görə, bu barədə cümə günü komitənin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edək ki, "SOCAR Ukraine" şirkətlər qrupu 2009-cu ildən etibarən Ukraynada "SOCAR" brendi ilə fəaliyyət göstərən YDM şəbəkəsini inkişaf etdirir.

Hazırda şirkətlər qrupu 65 YDM-in aktivlərini idarə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti