...

Azərbaycan neftinin qiymətləri: 4-8 fevral həftəsinin yekunları

Energetika Materials 9 Fevral 2013 15:08 (UTC +04:00)
4-8 fevral həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 119,8 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 1,8 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiymətləri: 4-8 fevral həftəsinin yekunları

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir E.İsmayılov/

4-8 fevral həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 119,8 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 1,8 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, 4-8 fevral həftəsində AZERI LT-nin qiyməti maksimum 121,55, minimum isə 118,9 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

4-8 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 114,8 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,62 dollar/barel çoxdur.

4-8 fevral həftəsində URALS-ın qiyməti maksimum 116,57, minimum isə 114,04 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

4-8 fevral həftəsində "Brent Dated" növünün orta qiyməti 117,32 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 2 dollar/barel çoxdur.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 119,03, minimum isə 116,45 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti