...

"Avronest" PA-nın Enerji təhlükəsizliyi məsələləri üzrə komitəsinin növbəti iclası gələn il keçiriləcək

Energetika Materials 12 Fevral 2013 18:29 (UTC +04:00)
"Avronest" Parlament Assambleyasının (PA) Enerji təhlükəsizliyi məsələləri üzrə komitəsinin növbəti iclası gələn il Brüsseldə keçiriləcək.
"Avronest" PA-nın Enerji təhlükəsizliyi məsələləri üzrə komitəsinin növbəti iclası gələn il keçiriləcək

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir A.Axundov/

"Avronest" Parlament Assambleyasının (PA) Enerji təhlükəsizliyi məsələləri üzrə komitəsinin növbəti iclası gələn il Brüsseldə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı komitənin Azərbaycan tərəfdən həmsədri, deputat Fuad Muradov yekun mətbuat konfransında deyib.

"Bundan başqa, enerji təhlükəsizliyi məsələləri üzrə ekspertlər səviyyəsində illik seminarın keçirilməsi haqqında qərar qəbul edilib", - Muradov bildirib.

Onun sözlərinə görə, komitənin çərşənbə axşamı Bakıda keçirilən iclası zamanı ötən dövrə dair hesabat dinlənilib, martın 20-dək katiblik bu hesabat haqqında təkliflər qəbul edəcək.

İclasdan sonra Milli Məclisin spikeri Oqtay Əsədovla görüş keçirilib.

Avropa Parlamentinin Çexiyadan olan deputatı, "Avronest" Parlament Assambleyasının Enerji təhlükəsizliyi məsələləri üzrə komitəsinin ikinci həmsədri Yiri Mastalkanın sözlərinə görə, bugünkü iclas zamanı ciddi məsələlər müzakirə edilib, məsələlər arasında Avropaya enerji resurslarının tədarükünün şaxələndirilməsi də olub.

"Azərbaycan Aİ-nin əsas tərəfdaşlarından biridir", - Mastalka qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti