...

Ukrayna Azərbaycan qazının alınmasında maraqlıdır

Energetika Materials 2 Mart 2013 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.İsmayılov/

Ukrayna Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından qaz almaqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidenti Viktor Yanukoviç "Ukrinform"a açlqlamasında bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi "Şahdəniz" layhəsinin Avropa üçün nəzərdə tutulmuş ikinci mərhələsində Azərbaycan qazının alınmasında maraqlıdır.

Hazırda Azərbaycan tərəfi "Şahdəniz" qazının Avropaya tədarükünü təmin etməyə imkan verəcək iki layihəni nəzərdən keçirir: "Nabucco West" və ya "Transadriatik" qaz kəməri (TAP). "Şahdəniz" layihəsinin ikinci mərhələsi çərçivəsində, Azərbaycan Avropaya ildə 10 milyard kub metr qaz ixrac etməyi planlaşdırır.

"Şahdəniz-2" layihəsi çərçivəsində ilk qazın 2018-ci ildə çıxarılacağı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti