Azərbaycan, Bakı, 5 mart/Trend, müxbir E. İsmayılov/
Yanvar-fevral aylarında "Azərenerji" SC 4 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Ötən ilin analoji dövründə bu göstərici təqribən 4,3 milyard kilovat-saata yaxın təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı SC-nin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, "Azərenerji" fevralda 1,9 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.
Ay ərzində Rusiya, Türkiyə və İran ilə elekrik enerjisinin planlı mübadiləsi davam etdirilib.