...

ARDNŞ və "Statoil" Xəzərdə perspektiv strukturun işlənməsi barədə razılığa gəliblər (ƏLAVƏ OLUNUB)

Energetika Materials 4 Aprel 2013 15:45 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Norveçin "Statoil" şirkəti Xəzərin Azərbaycan sektorundakı "Zəfər-Məşəl" perspektiv strukturunun birgə işlənməsi haqqında razılıq əldə ediblər.
ARDNŞ və "Statoil" Xəzərdə perspektiv strukturun işlənməsi barədə razılığa gəliblər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Norveçin "Statoil" şirkəti Xəzərin Azərbaycan sektorundakı "Zəfər-Məşəl" perspektiv strukturunun birgə işlənməsi haqqında razılıq əldə ediblər. Bu barədə çərşənbə axşamı Trend-ə neft-qaz bazarındakı mənbə bildirib.

Mənbənin verdiyi məlumata görə, "Zəfər-Məşəl" strukturu üzrə əsas prinsiplər haqqında sazişin aprelin 8-də Bakıda keçiriləcək "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı stateji dioloq" mövzusunda Dünya İqtisadi Forumu çərçivəsində imzalanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti