...

Bu gün Bakının bir hissəsində təbii qaz olmayacaq

Energetika Materials 13 Aprel 2013 12:51 (UTC +04:00)
Bakının bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu gün Bakının bir hissəsində təbii qaz olmayacaq

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Bakının bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, 13 aprel 2013-cü il tarixdə saat 14:00-dan saat 21:00-dək "Alatava" qazpaylayıcı stansiyasından qidalanan "Tbilisi prospekti" orta təzyiqli qaz kəmərində, saat 14:00-dan isə "Mikrorayon 500 mm-lik" orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, 6, 7, 8 və 9-cu mikrorayonlara, həmçinin Nəsimi, Yasamal və Səbail rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti