Azərbaycan, Bakı, 2 may /Trend, müxbir S. Əliyev/
BP şirkətinin rəhbəri Bob Dadli işgüzar səfərlə Azərbaycandadır. Bu barədə Trend-ə cümə axşamı neft-qaz sənayesindən olan mənbə bildirib.
BP Azərbaycan şirkətinin mətbuat xidməti bu məlumatı Trend-ə təsdiqləyərək qeyd edib ki, Bob Dadli Bakıya birgünlük işgüzar səfərlə gəlib. Bu, planlaşdırılmış müntəzəm səfərlərdən biridir və onun gedişi zamanı BP şirkətinin həyata keçirdiyi cari məsələlər müzakirə ediləcək.