...

Rövnəq Abdullayev: "Azeri Light" markalı neft dünyanın 33 ölkəsinə ixrac edilir

Energetika Materials 5 İyun 2013 12:43 (UTC +04:00)
ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)"Azeri Light" markalı nefti dünyanın 33 ölkəsinə ixrac edilir.
Rövnəq Abdullayev: "Azeri Light" markalı neft dünyanın 33 ölkəsinə ixrac edilir

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azeri Light" markalı nefti dünyanın 33 ölkəsinə ixrac edilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Xəzər neft və qaz 2013" konfransının gedişi zamanı ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, yeni bazarlarda iştirak etmək və ARDNŞ-in öz biznesinin inkişaf etdirilməsi məqsədilə şirkət bir çox ölkələrdə nümayəndəliklərə malikdir. Həmçinin, Dövlət Neft Şirkəti bir sıra ölkələrin energetika bazarında aktiv şəkildə iştirak edir. Xüsusilə də ARDNŞ Gürcüstanda əhəmiyyətli işlər görür. Bu ölkədə ARDNŞ 110 yanacaqdoldurma məntəqəsinə malikdir və Gürcüstanın neft məhsulları bazarının 50 faizini əhatə edir.

Abdullayevin sözlərinə görə, Dövlət Neft Şirkəti, həmçinin Ukrayna, Rumıniya və İsveçrədə neft məhsullarının pərakəndə satışı bazarında iştirak edir.

Abdullayev bildirib ki, ARDNŞ Türkiyədə olan böyük enerji layihələrinin iştirakçısıdır. ARDNŞ "Petkim" neft-kimya şirkətinin şərikidir, Türkiyədə il ərzində gücü 10 milyon ton olan neft emalı zavodunun, həmçinin "Petkim" yaxınlığında yerləşən limanın tikintisi ilə məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti