...

İki gün ərzində 10 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 3 İyul 2013 17:38 (UTC +04:00)
Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.
İki gün ərzində 10 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar iyulun 4-də saat 10:00-dan 20:00-dək "Alvadı", "Cəlilabad" və "Göytəpə" qazpaylayıcı stansiyalarından, iyulun 4-5-də isə "Goranboy" və "Borsunlu" qazpaylayıcı stansiyalarından qidalanan orta təzyiqli qaz kəmərinin təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Yevlax, Naftalan, Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Füzuli, Beyləqan, Cəlilabad və Masallı rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti