...

ARDNŞ Şimali İraqda heç bir fəaliyyət növü ilə məşğul deyil

Energetika Materials 16 İyul 2013 16:15 (UTC +04:00)
ARDNŞ Şimali İraqda hər hansı fəaliyyət növü ilə məşğul olduğunu təkzib edib.
ARDNŞ Şimali İraqda heç bir fəaliyyət növü ilə məşğul deyil

Azərbaycan, Bakı, 16 iyul /Trend/

ARDNŞ Şimali İraqda hər hansı fəaliyyət növü ilə məşğul olduğunu təkzib edib.

Trend xəbər verir ki, Dövlət Neft Şirkəti bu barədə məlumat yayıb: "Bəzi kütləvi informasiya vasitələrində "məlumatlı mənbə"yə istinadən yayılmış belə bir yanlış məlumat dərc olunub ki, guya ARDNŞ Şimali İraqda, Mosul və Kərkük şəhərləri ətrafında neft kəşfiyyatı ilə bağlı geoloji işlərə start verib. Xəbərdə daha sonra bu məlumatı "əsaslandırmaq" məqsədi ilə uydurma ehtimallar irəli sürülür".

ARDNŞ bildirir ki, həmin xəbərin heç bir əsası yoxdur, orada göstərilən rəqəm və məlumatlar həqiqətəuyğun deyil, kiminsə təxəyyülünün məhsuludur. ARDNŞ İraqın heç bir yerində heç bir fəaliyyətlə məşğul deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti