...

Dövlət Neft Fondu neft və qaz satışından 6,5 milyard manata yaxın gəlir əldə edib

Energetika Materials 17 İyul 2013 17:22 (UTC +04:00)
2013-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə gəlirləri 6 726,4 milyon manat, büdcə xərcləri isə 5 791,2 milyon manat təşkil edib.
Dövlət Neft Fondu neft və qaz satışından 6,5 milyard manata yaxın gəlir əldə edib

Azərbaycan, Bakı, 17 iyul /Trend/

2013-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə gəlirləri 6 726,4 milyon manat, büdcə xərcləri isə 5 791,2 milyon manat təşkil edib.

Fonddan Trend-ə verilən məlumata görə, 2013-cü ilin ilk altı ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 488,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 482,8 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat, tranzit gəlirləri 3,9 milyon manat, bonus ödənişləri 0,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,04 milyon manat təşkil edib.

2013-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 237,7 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində Neft Fondunun 2013-cü il büdcəsinin icrası çərçivəsində 5 534,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 157,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 74,0 milyon manat vəsait ayrılıb. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 2,9 milyon manat vəsait ayrılıb. 6,3 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.

2013-cü ilin ilk altı ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 15,9 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 521,6 milyon manat təşkil edib.

2013-cü il iyulun 1-nə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 1,6% artaraq 34 678,4 milyon ABŞ dollarına bərabər olub.

2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 iyul 2013-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 22 ton 399 kq (720 146 troya unsiyası) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti