Mədənlər və neft naziri: Əfqanıstan azərbaycanlı investorların sərmayə yatırması üçün hər cür güzəştlər etməyə və şərait yaratmağa hazırdır (MÜSAHİBƏ)

Mədənlər və neft naziri: Əfqanıstan azərbaycanlı investorların sərmayə yatırması üçün hər cür güzəştlər etməyə və şərait yaratmağa hazırdır (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir T.Cəfərov/

Trend-in Əfqanıstanın mədənlər və neft naziri Vahidullah Şəhrani ilə müsahibəsi

- Əfqanıstan və Azərbaycan arasında neft və qaz sahəsində əməkdaşlığın səviyyəsini necə dəyərləndirirsiniz? Azərbaycanlı investorların Əfqanıstanda sərmayə yatırması üçün nə kimi güzəştlər nəzərdə tutulur?

- Əfqanıstan və Azərbaycan arasında tarixi və mədəni oxşarlıqlar var. Azərbaycan bu gün bütün sahələrdə, xüsusilə, neft və qaz sahəsində çox inkişaf etmiş bir ölkədir. Əfqanıstan və Azərbaycan arasında qədim, sıx əlaqələri, həmçinin Azərbaycanın inkişaf etmiş bir ölkə olduğunu nəzərə alaraq, Əfqanıstan Azərbaycanın potensialından istifadə etmək niyyətindədir. İki ölkənin xalqları arasına bağlılıqlar çoxdur və bu, əlaqələrin inkişafına təkan verə bilər.

Bir müddət əvvəl Əfqanıstan Prezidenti cənab Həmid Kərzai Azərbaycana səfər etmişdi. Bu səfərdə Azərbaycanın möhtərəm Prezidenti cənab İlham Əliyevlə çox yaxşı müzakirələr aparıldı. Azərbaycan Prezidenti aidiyyəti qurumlara göstəriş verdi ki, Əfqanıstan xalqına kömək məqsədilə investisiya yatırmaq üçün ciddi addımlar atılsın. Hazırda azərbaycanlı investorlar Əfqanıstanın şimalında neft emalı zavodu inşa edirlər. Bu neft emalı zavodu Azərbaycanın "AzMeCo" şirkəti və digər investorlarla birgə tikilir. Bundan başqa, "AzMeCo" şirkəti qazla işləyən elektrik stansiyasının tikintisinə sərmayə yatırıb.

Azərbaycan mütəxəssisləri Əfqanıstanın şimalında neft emalı zavodunda çalışırlar. Mən mədənlər və neft naziri olmamışdan əvvəl ticarət naziri vəzifəsində işləmişəm və Azərbaycandan ticarət sahəsində də sahibkarların Əfqanıstanda fəaliyyətinin şahidi olmuşam.

Ötən gün bizim azərbaycanlı investorlarla görüşümüz və danışıqlarımız oldu. Azərbaycan həmin neft emalı zavodunu inkişaf etdirmək niyyətindədir. Biz həmin görüşdə azərbaycanlı investorlarla Əfqanıstanda neft emalı zavodunun inkişaf etdirilməsi, qazla işləyən elektrik stansiyasının, sement və gübrə istehsalı zavodlarının inşası haqqında danışıqlar apardıq. Eləcə də bu gün Azərbaycanın sənaye və energetika və iqtisadi inkişaf nazirləri ilə görüşlərdə əfqanıstanlı işçilərin iş qabiliyyətinin artırılması məqsədilə Azərbaycandan Əfqanıstana texniki dəstək verilməsi məsələsini müzakirə etdik. Görüşlərdə, həmçinin azərbaycanlı sərmayəçilərin 30 milyon əhalisi olan Əfqanıstanın bazarına investisiya yatırmaq imkanları barədə danışıqlar apardıq. Azərbaycanlı investorların sərmayəsi ilə Əfqanıstanda istehsal olunacaq mallar ölkənin daxili bazarını təmin etməklə yanaşı, digər qonşu ölkələrə də ixrac oluna bilər. Əfqanıstan hökuməti ölkədə müxtəlif sahələrdə, o cümlədən mədən, neft-qaz və digər sahələrdə azərbaycanlı investorlara sərmayə yatırması üçün hər cür güzəştlər etməyə və şərait yaratmağa hazırdır.

- Əfqanıstanda təsdiqlənmiş və ümumi neft-qaz ehtiyatları nə qədərdir? Hazırda hansı ölkələr bu sahədə Əfqanıstanla çalışır?

- Əfqanıstan çox zəngin və çoxşaxəli sərvətlərə sahibdir. Bu sərvətlərin böyük hissəsi hələ də işlənməmiş qalır, o cümlədən dəmir, mis, qızıl, nadir kimyəvi elementlərdən litium, tikinti materialları, mərmər daşlarının və s. adlarını çəkmək olar. Əfqanıstanda hazırda 6 neft-qaz yatağı kəşf olunub. Bu yataqların bəzisində işlər davam etdirilir. Buna misal olaraq "Amudərya" neft yatağını göstərmək olar. Burada Çinin Milli Neft-Qaz Şirkəti (CNPC) fəaliyyət göstərir və artıq hasilata başlayıb. Yaxın gələcəkdə Türkiyənin "Turkish Petroleum" (TPAO) korporasiyası və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Dragon Oil" şirkəti Əfqanıstanın şimalında yerləşən "Əfqan-Tacik" neft yatağında kəşfiyyat quyularının qazılmasına başlayacaqlar. İki həftə sonra Əfqanıstanda ən böyük qaz yatağı olan "Şimali Amudərya"da qazma işlərinin görülməsi üçün beynəlxalq tender elan edəcəyik.

Bu gün Azərbaycan rəsmiləri ilə danışıqlarımızda bu məsələni də müzakirə etdik. Azərbaycan şirkətlərini, xüsusilə regionda böyük təcrübəyə sahib olan Dövlət Neft Şirkətini (ARDNŞ) bu tenderdə iştirak etməyə dəvət etdik. ARDNŞ-də çox geniş maliyyə və texniki imkanlar var və biz bu imkanlardan istifadə etməkdə maraqlıyıq.

İndiyədək Əfqanıstanın neft-qaz sahəsinə daha çox Çin, BƏƏ və Türkiyə şirkətləri investisiyalar yatırıb.

- Qeyd etdiyiniz kimi, Azərbaycanda neft-qaz sahəsində, eləcə də texniki işçilərin hazırlanmasında geniş imkanlar var. Neft Akademiyasında (ADNA) əfqanıstanlı tələbələrin təhsili və azərbaycanlı mütəxəssislərin Əfqanıstanda çalışması ilə bağlı hansısa danışıqlar apardınızmı?

- 1980-ci illərdə Əfqanıstandan çox sayda tələbələr Azərbaycanda təhsil alıb. Hazırda Əfqanıstanın Mədənlər və Neft Nazirliyinin mütəxəssislərinin bir çoxu Azərbaycan Dövlət Neft Akademiyasının məzunlarıdırlar. Bu gün azərbaycanlı həmkarlarımızla danışıqlarda bu məsələni də müzakirə etdik. Azərbaycan tərəfi Əfqanıstandan Azərbaycana tələbə və mütəxəssislərin göndərilməsi və onların hazırlanması üçün hazır olduğunu bəyan etdi və onların sayının hər il artırılacağına söz verdi. Biz inanırıq ki, tələbələrimiz Azərbaycanın neft-qaz sahəsindəki təcrübəsini öyrənəcəklər.

- Əfqanıstan hökuməti xarici sərmayəçilərin təhlükəsizliyinin təmini və investisiyalarının qorunub saxlanması üçün nə kimi zəmanət verir?

- Xarici sərmayəçilərin təhlükəsizliyinin təmin edilməsini hazırda Əfqanıstan ordusu həyata keçirir. Hazırda Əfqanıstanın daxilində təhlükəsizliyin təmin edilməsi işlərinin 80 faizini milli qüvvələr həyata keçirirlər. 2014-cü ilin sonunadək təhlükəsizliyin təmin edilməsi işi tamamilə beynəlxalq qüvvələrdən alınacaq və Əfqanıstan qüvvələrinə tapşırılacaq. Biz NATO-ya üzv ölkələrin hamısına təşəkkür edirik. Onlar Əfqanıstan Milli Ordusunun döyüş qabiliyyətinin artırılmasına uzun müddət həm texniki, həm də maddi yardımlar etdilər.

Xarici investisiyaların qorunub saxlanması üçün zəmanət məsələsinə gəlincə, hazırda Əfqanıstanda müxtəlif ölkələr tərəfindən böyük həcmdə investisiyalar yatırılıb. Misal üçün, Çin və Hindistandan böyük həcmdə investisiyalar yatırılır. Hindistanın Əfqanıstanda investisiyalarının həcmi təqribən 11 milyard dollar təşkil edir. Bundan başqa, ölkədə Kanada, Böyük Britaniya, BƏƏ və Türkiyədən də şirkətlər fəaliyyət göstərir. Əfqanıstan hökuməti bu şirkətlərin investisiyalarının qorunmasını və təhlükəsizliklərinin təmin edilməsini öhdəliyinə götürüb və indiyədək narahatlıq yarada biləcək heç bir hadisə baş verməyib.

Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Yapon şirkətləri azad edilmiş ərazilərdə elektroenergetika üzrə bərpa işlərində  maraqlıdır - Səfir (FOTO)
Yapon şirkətləri azad edilmiş ərazilərdə elektroenergetika üzrə bərpa işlərində maraqlıdır - Səfir (FOTO)
Loading Bars
Xəbər lenti
MDU-nun tələbə gəncləri 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
“Məqsəd o idi ki, Azərbaycan xalqının iradəsi sınsın, amma alınmadı” - 20 Yanvar faciəsinə xarici ekspertlərin baxışı “Hədəf”də
Çin ABŞ-ın 28 vətəndaşına qarşı sanksiya tətbiq edib
Ombudsman Aparatının əməkdaşı 20 Yanvar faciəsinə həsr edilmiş videokonfransda iştirak edib
Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov
Türkiyədə koronavirusa qarşı vaksinasiya olunanların sayı 1 milyonu ötüb
Ombudsmanın regional mərkəzləri tərəfindən 20 Yanvar faciəsi ilə bağlı onlayn tədbirlər keçirilib (FOTO)
Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi
Bakıda yataqxana binasında yanğın olub
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bakıda güclü yanğın - Mebel və avtomobil sexləri, 1 ”Opel” yandı
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb (FOTO)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı
Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Dinc insanlar qətlə yetirildi - Fransa səfiri Qanlı Yanvardan yazıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir - Dmitri Panin
Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb (FOTO)
Vaksinlərdən sonra normal həyata nə zaman qayıdacağıq? - “Sahil Kərimli ilə Aktual”da mütəxəssislər sualları cavablandırıb (VİDEO)
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib (FOTO)
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Sabah da qar yağacaq, şaxta olacaq
Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı
Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib
Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar qurbanlarını yad edib: Bu, ölkədəki bütün xalqların acısıdır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)
Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı (FOTO/VİDEO)
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri (FOTO)
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan neftinin qiyməti 56 dolları keçib
Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi
Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini anıb
Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub - Səfirdən Bahçelinin fikirlərinə aydınlıq
Ən çox qar bu ərazilərə yağıb - Faktiki hava
Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib
Tramp son fərmanını imzaladı - Keçmiş məmurlar əfv olundu
Göyçayda keçmiş məhkumdan narkotik götürülüb (FOTO)
Azərbaycana yeni səfir təyin olunsa da, hələki vəzifəmi icra edirəm - Erkan Özoral
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər - Monitorinqin nəticələri açıqlandı
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Zəfər savaşından sonra bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev (VİDEO)
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq - Türkiyə səfirliyi
Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Almaniyada karantin 14 fevrala qədər uzadılır
Portuqaliyanın İqtisadiyyat naziri koronavirusa yoluxub
Almaniyada insan alveri ilə məşğul olan dəstə saxlanılıb
İsraildə karantin 31 yanvara qədər davam edəcək
Air France fevral və martda Rusiyadan Parisə bir sıra uçuşlar həyata keçirəcək
Liviyanın hərbi-dəniz məktəbində partlayış baş verib
Cəbhəboyu ərazilərdə iki gündə 129 ədəd mina aşkarlanıb - ANAMA (FOTO)
Bütün xəbərlər