...

ARDNŞ "Bulla-Dəniz" yatağındakı qəzalı quyunun platforma ərazisini təmizləyir

Energetika Materials 12 Sentyabr 2013 13:57 (UTC +04:00)
"Bulla-Dəniz" yatağında qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər sentyabrın 11-də də davam etdirilib.
ARDNŞ "Bulla-Dəniz" yatağındakı qəzalı quyunun platforma ərazisini təmizləyir

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E. İsmayılov/

"Bulla-Dəniz" yatağında qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər sentyabrın 11-də də davam etdirilib.

Trend-in cümə axşamı ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, xaricdən gətirilmiş avadanlıqlar "Şirvan" gəmisinin üzərində quraşdırılıb.

Əlavə olaraq gəminin oxunun soyudulması üçün daha bir xətt çəkilib və o, su nasosları ilə təchiz olunub. Hazırda həmin əlavə xəttin sınaq işləri aparılır. Eyni zamanda özül "Vixr" və "Caspian Support" gəmiləri vasitəsilə fasiləsiz olaraq soyudulur.

"Barra" gəmisinin üstündə quraşdırılmış nasoslardan özülə bir neçə soyutma xətti çıxarılıb və yanan quyunun ətrafında təmizlik işlərinə başlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti