...

BP: Azərbaycan qazının Avropaya tədarükü barədə müqavilələr ölkə və şirkətlərin tələbatını nəzərə alır

Energetika Materials 19 Sentyabr 2013 19:50 (UTC +04:00)
Sentyabrın 19-da Bakıda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən Azərbaycan qazının Avropaya tədarükü barədə müqavilələrin imzalandığı bütün 9 şirkət xeyli həcmdə qaz alır.
BP: Azərbaycan qazının Avropaya tədarükü barədə müqavilələr ölkə və şirkətlərin tələbatını nəzərə alır

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir A.Bədəlova/

Sentyabrın 19-da Bakıda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən Azərbaycan qazının Avropaya tədarükü barədə müqavilələrin imzalandığı bütün 9 şirkət xeyli həcmdə qaz alır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı BP-nin "Şahdəniz" yatağının işlənməsi üzrə vitse-prezidenti Al Kuk imzalanma mərasiminin yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, lakin dəqiq rəqəmlər məxfidir, bu şirkətlər vacib müştəri və istehlakçılardır.

A.Kuk bildirib ki, Bolqarıstan "Şahdəniz-2" yatağından ildə 1 milyard kubmetr qaz alacaq: "Bolqarıstanın özü mühüm istehlakçıdır. "Şahdəniz" konsorsiumu həmişə Cənub-Şərqi və Mərkəzi Avropaya potensial müştərilər qismində baxır. Bu, qazın Cənub-Şərqi Avropaya çatdırılması üçün vacib və ilk addımdır".

Onun sözlərinə görə, bu gün imzalanmış qaz müqavilələri Avropada bazaların tələbatına həssas yanaşır: "Müqavilələrin qazın tədarük ediləcəyi ölkə və şirkətlərin tələbatlarını ödəməsi çox vacibdir".

A.Kuk deyib: "Bu, təklifimizin vacib hissəsi və bir çox şirkətlərin Azərbaycan qazını almaq arzusunda olmasının səbəbidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti