Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.İsmayılov/
ARDNŞ "Bulla Dəniz" dəniz yatağının qəzalı quyusunda mənsəbdəki avadanlığın quraşdırılması prosesinə başlayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, daha əvvəl bütün zəruri avadanlıq gətirilərək sınaqdan keçirilib, bundan sonra isə dənizə göndərilib: "Lakin pis hava şəraitinə görə ötən həftə işlər aparılmayıb. Hazırda hava şəraiti avadanlığın quraşdırılmasını həyata keçirməyə imkan verir".
R.Abdullayev qeyd edib ki, ARDNŞ əvvəlki kimi quyunu qorumaq niyyətindədir: "Məqsəd sonradan həmin quyuda hasilat işləri aparmaqdır".