...

"Günəşli" yatağında yeni quyu qazılır

Energetika Materials 22 Oktyabr 2013 14:59 (UTC +04:00)
"Günəşli" yatağındakı 13-cü özüldən 350 nömrəli quyuda qazma işlərinə başlanılıb.
"Günəşli" yatağında yeni quyu qazılır

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

"Günəşli" yatağındakı 13-cü özüldən 350 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, layihə dərinliyi 3450 metr olan quyu ARDNŞ-nin "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılır.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 100 ton neft hasil ediləcək.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti