...

Bakıda payız-qış mövsümünə hazırlıqla bağlı mühüm işlər görülüb

Energetika Materials 4 Noyabr 2013 17:49 (UTC +04:00)
Payız-qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi ölkənin qaz təchizatı sisteminin daha da yaxşılaşdırılması, istehlakçıların təbii qazla fasiləsiz təmin olunması məqsədi ilə Bakı şəhərində də bir sıra zəruri tədbirlər həyata keçirib.
Bakıda payız-qış mövsümünə hazırlıqla bağlı mühüm işlər görülüb

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Payız-qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi ölkənin qaz təchizatı sisteminin daha da yaxşılaşdırılması, istehlakçıların təbii qazla fasiləsiz təmin olunması məqsədi ilə Bakı şəhərində də bir sıra zəruri tədbirlər həyata keçirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, N.Nərimanov rayonunun Azadlıq prospekti, Ş.Mustafayev, A.Nemətulla, M.Qaşqay, Ə.Əliyev, Y.V.Çəmənzəmənli, X.Şuşinski, O.Kərimov, A.Heydərov və Bakı ət kombinatı küçələrində təbii qaz təchizatının yaxşılaşdırılması üçün 954 metr uzunluğunda yeni qaz xətləri çəkilib, 8 qaztənzimləyici və 6 siyirtmə quraşdırılıb.

Suraxanı rayonunda payız-qış mövsümünə hazırlıq işləri tamamlanıb. Zığ qəsəbəsinin Cənub-şərq yaşayış massivində, Hövsan qəsəbəsin bir hissəsində, Əmircan qəsəbəsi 5 saylı binanın yaxınlığında, Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllədə, Yeni Günəşli qəsəbəsində A/B yaşayış massivində, Yeni Suraxanı qəsəbəsində 14 iyul və Dağüstü küçələrində 156 metr uzunluğunda korroziyaya uğramış qaz xətti yenisi ilə əvəz edilib, 6 qaztənzimləyici və 23 siyirtmə quraşdırılıb.

Bakının Yasamal rayonunda da 2013-2014-cü illərin payız-qış aylarında istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təchizatı məqsədi ilə A.Sultanova, Şərifzadə, Ü.Əkbərov, 1-ci Yasamal və 9-cu Sallaqxana küçələrində, eləcə də A.Abbasov küçəsindəki "Su anbarı" adlanan ərazidə 4 ədəd qaztənzimləyici yenisi ilə əvəz olunub. Bununla yanaşı, Z.Xəlilov küçəsində korroziyaya uğramış qaz xətti yenisi ilə əvəz edilib.

Xətai rayonunun M.Hadi, Qafqaz və Naximov, Nizami rayonunun Ə.Hacıyev və O.Vəliyev, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki Məktəb, 20-ci sahədəki E.Əzizov və Ş.Allahverdiyev küçələrində abonentlərin qaz təchizatının yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirilib. Nəsimi, Binəqədi, Qaradağ, Sabunçu, Xəzər rayonlarında da bu istiqamətdə mühüm işlər görülüb ki, nəticədə 2013-2014-cü illərin payız-qış mövsümündə abonentlərin təbii qazla təmin edilməsi üçün imkan yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti