...

İran Ermənistan ərazisindən Rusiyaya elektrik enerjisi ixrac edəcək

Energetika Materials 6 Noyabr 2013 16:56 (UTC +04:00)
Ermənistan öz ərazisindən İranın elektrik enerjisinin Rusiyaya tranzitinə razılıq verib. Trend-in məlumatına görə, bu barədə "Mehr" agentliyi İranın energetika naziri Həmid Çitçiyana istinadən xəbər verir.
İran Ermənistan ərazisindən Rusiyaya elektrik enerjisi ixrac edəcək

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistan öz ərazisindən İranın elektrik enerjisinin Rusiyaya tranzitinə razılıq verib. Trend-in məlumatına görə, bu barədə "Mehr" agentliyi İranın energetika naziri Həmid Çitçiyana istinadən xəbər verir.

Nazir İranın Rusiyaya elektrik enerjisi ixrac edəcəyini bildirib və əlavə edib ki, layihələrdən birinə görə elektrik enerjisi Ermənistan və Gürcüstan əraziləri, digərinə görə isə Azərbaycan ərazisindən ixrac olunacaq.

Məlumata görə, H.Çitçiyan və Ermənistanın energetika naziri Armen Movsisyan bu sahədə yeni layihələrin, o cümlədən Araz çayı üzərində yeni SES-nin yaradılması və iki ölkə arasında elektrik enerjisi axınının səviyyəsinin yüksəldilməsi layihələri barədə razılığa gəliblər.

İran hazırda Türkiyə, Azərbaycan, Ermənistan, Türkmənistan, Pakistan, Əfqanıstan, Suriya və İraqa elektrik enerjisi satır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti