...

Sabah bir neçə rayonda qaz olmayacaq

Energetika Materials 25 Noyabr 2013 17:10 (UTC +04:00)
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar noyabrın 26-da saat 09:00-dan 17:00-dək “Quba” qazpaylayıcı stansiyasında, “Quba” və “Qəçrəş” ölçü qovşaqlarında, saat 10:00-dan 16:00-dək “Sulutəpə” qazpaylayıcı stansiyasında, saat 10:00-dan 18:00-dək “Xudat” avtomatik qazpaylayıcı stansiyasından Xudat şəhərinə gedən qaz kəmərində, saat 11:00-dan 13:00-dək “Böyükşor” qazpaylayıcı stansiyasında, saat 11:00-dan 14:00-dək “Kövər” qazpaylayıcı stansiyasında, saat 14:00-dan 15:00-dək isə “Sahil-2” qaz ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.
Sabah bir neçə rayonda qaz olmayacaq

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Sabah Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar noyabrın 26-da saat 09:00-dan 17:00-dək "Quba" qazpaylayıcı stansiyasında, "Quba" və "Qəçrəş" ölçü qovşaqlarında, saat 10:00-dan 16:00-dək "Sulutəpə" qazpaylayıcı stansiyasında, saat 10:00-dan 18:00-dək "Xudat" avtomatik qazpaylayıcı stansiyasından Xudat şəhərinə gedən qaz kəmərində, saat 11:00-dan 13:00-dək "Böyükşor" qazpaylayıcı stansiyasında, saat 11:00-dan 14:00-dək "Kövər" qazpaylayıcı stansiyasında, saat 14:00-dan 15:00-dək isə "Sahil-2" qaz ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Quba rayonuna, Binəqədi, Xəzər və Sabunçu rayonlarının bir hissəsinə, Xaçmaz rayonunun Xudat şəhərinə və Yevlax rayonunun Kövər kəndinə təbii qaz verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti