...

ARDNŞ və BP "Şahdəniz" və Cənubi Qafqaz qaz kəmərində "Statoil"-dən iştirak payını alıblar

Energetika Materials 17 Dekabr 2013 11:47 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Statoil" şirkətindən "Şahdəniz" və Cənubi Qafqaz boru kəmərində 6,7 faiz iştirak payı alıb.
ARDNŞ və BP "Şahdəniz" və Cənubi Qafqaz qaz kəmərində "Statoil"-dən iştirak payını alıblar

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Statoil" şirkətindən "Şahdəniz" və Cənubi Qafqaz boru kəmərində 6,7 faiz iştirak payı alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Britaniyanın BP şirkətindən verilən məlumatda deyilir.

ARDNŞ "Statoil" şirkətindən Şahdəniz və Cənubi Qafqaz Boru Kəmərində 6,7%, BP isə 3,3% iştirak payı alıb. Hər iki əməliyyat 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti